06:03 31 İyul 2021
Bakıda Uels və Türkiyə millilərinin oyununun afişası olan nəhəng top

Türkiyə-Uels oyununda tribunada üzərində "Bir millət – iki dövlət" yazılmış banner olacaq

© REUTERS / VALENTYN OGIRENKO
Avro 2020
Qısa URL
11 0 0

Bu gün Bakı Olimpiya stadionunda azarkeşlər Uels komandası ilə oynayan Türkiyə millisini dəstəkləyəcəklər.

AVRO-2020-nin Türkiyə və Uels yığmaları arasında oyun zamanı stadionda üzərində ingilis dilində "Bir millət – iki dövlət" yazılmış banner quraşdırılacaq. Bu barədə RİA Novosti turnirin təşkilat komitəsinə istinadən xəbər verir.

Qarşılaşma çərşənbə günü, iyunun 16-da keçiriləcək. Oyunda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Azərbaycanın dövlət başçısı İlham Əiyev, habelə UEFA rəhbəri Aleksandr Çeferin iştirak edəcəklər.

Oyundan əvvəl üzərində "Two countries – one nation" yazılmış banner Olimpiya stadionunda quraşdırılacaq. Bu şüar Azərbaycan və Türkiyə arasında beynəlxalq münasibətləri səciyyələndirir və XX əsrin 90-cı illərindən dillərə düşüb.

Oyun zamanı tribunalarda 30 mindən çox tamaşaçının olacağı gözlənilir. Bu, koronavirusla bağlı məhdudiyyətlər şəraitində stadiona buraxılmasına icazə verilən maksimum tamaşaçı sayıdır.