10:51 29 İyul 2021
Rusiya millisinin yarımmüdafiəçisi Aleksey Mirançuk

Rusiya millisi AVRO-2020-də Finlandiya yığmasına qalib gəlib

© Sputnik / Aleksandr Vilf
Avro 2020
Qısa URL
17 0 0

Futbol üzrə Rusiya yığması Avropa çemponatının qrup mərhələsinin ikinci turunda Finlandiya seçmə komandasına qalib gəlib.

AVRO-2020-nin "B" qrupunda Sankt-Peterburqda keçirilən oyun 1:0 hesabı ilə Stanislav Çerçesovun komandasının xeyrinə başa çatıb. Oyunda yeganə qolu 45-ci dəqiqədə rusiyalı Aleksey Mirançuk vurub.

İki turdan sonra Rusiyanın hesabında 3 xal var. Beləliklə, Rusiya komandası xallara görə Finlandiya və Belçika yığmalarına çatıb.

Belçika və Danimarka komandaları arasında oyun cümə axşamı, iyunun 17-də keçiriləcək.