10:30 27 İyul 2021
Türkiyə millisinin futbolçuları Bakı Olimpiya stadionunda məşq zamanı

Uels və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

© Sputnik / Murad Orujov
Avro 2020
Qısa URL
10 0 0

AVRO-2020-nin ikinci turunda Bakıda qarşılaşacaq Uels və Türkiyə komandalarının start heyəti məlum olub.

AVRO-2020-nin A qrupunun II turunda Bakı Olimpiya Stadionunda Türkiyə və Uels yığmaları arasında oyun saat 20:00-da başlanacaq. Komandaların heyətləri UEFA-nın rəsmi saytında yer alıb.

Uels yığması oyuna bu heyətlə çıxacaq: Denni Uord (qapıçı), Ben Devis, Co Rodon, Co Allen, Aaron Remsi, Qaret Beyl (kapitan), Kiffer Mur, Konnor Roberts, Co Morrell, Daniel Ceyms, Kris Mefam.

Türkiyə millisi isə oyuna bu futbolçularla başlayacaq: Uğurcan Çakır (qapıçı), Zeki Çelik, Çağlar Söyüncü, Okay Yokuşlu, Ozan Tufan, Cengiz Ünder, Kenan Karaman, Hakan Çalhanoğlu, Umut Meraş, Burak Yılmaz (kapitan), Kaan Ayhan.