11:37 05 Avqust 2021
 Luis Fiqo, arxiv şəkli

Luiş Fiqu Bakıda Türkiyə-Uels oyununa tamaşa edəcək

© AFP 2021 / FABRICE COFFRINI
Avro 2020
Qısa URL
Bakının son xəbərləri (60)
7 0 0

Portuqaliyalıdan əlavə, Bakı Olimpiya stadionunda oyunda UEFA rəhbəri Aleksandr Çeferin də iştirak edəcək.

Dünya futbolunun ulduzu, portuqaliyalı Luiş Fiqu Bakı Olimpiya stadionunda AVRO-2020 qrup mərhələsinin ikinci turunda Türkiyə və Uels yığmaları arasındakı oyuna tamaşa edəcək. Sputnik Azərbaycan AFFA-nın saytına istinadən xəbər verir ki, ulduz futbolçu Bakıya çərşənbə günü təşrif buyurub və yaxın vaxtlarda Bakı Olimpiya stadionuna yollanacaq.

Qarşılaşma yerli vaxtla saat 20.00-da başlanacaq.

Bundan əvvəl AFFA xəbər verib ki, UEFA prezidenti Aleksandr Çeferin də Türkiyə və Uels yığma komandaları arasında AVRO-2020 çərçivəsində keçiriləcək oyuna tamaşa edəcək.

Oyunda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilir.

Xatırladaq ki, "A" qrupunun ilk turunda Türkiyə millisi Romada İtaliya yığmasına 0:3 hesabı ilə məğlub olub. Uels və İsveçrə yığmaları arasında Bakıda keçirilən görüş isə 1:1 hesabı ilə başa çatıb.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda İsveçrə-Uels oyunu artıq keçirilib. Bundan başqa daha üç oyun - Türkiyə-Uels (16 iyun), İsveçrə-Türkiyə (20 iyun) oyunlarının, iyulun 3-də isə AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

 

Mövzu:
Bakının son xəbərləri (60)