21:16 30 İyul 2021

Uels yığması AVRO-2020-də Türkiyə millisini məğlub edərək qrupun liderinə çevrilib

© Sputnik / Murad Orujov
Avro 2020
Qısa URL
16 0 0

Aaron Remsi və Konnor Robertsin vurduğu qollar Bakı Olimpiya stadionunda Uels komandasına qələbə gətirib.

Avropa çempionatının qrup mərhələsinin ikinci turunda Uels yığması Türkiyə komandasına qalib gəlib. "A" qrupunda Bakıda keçirilmiş qarşılaşma 2:0 hesabı ilə başa çatıb. Qolları Aaron Remsi (42-ci dəqiqə) və Konnor Roberts (90+5) vurublar.

Uels yığmasının yarımmüdafiəçisi Qaret Beyl 61-ci dəqiqədə penaltini qola çevirə bilməyib.

Beləliklə, Beyl 2000-ci ildə Fransa komandası ilə oyunda 11-metrlik cəriməni vura bilməmiş ispaniyalı Rauldan sonra Avropa çempionatlarında penalti zamanı topu qapıdan kənara vurmuş ikinci futbolçu olub (oyundan sonrakı penaltiləri saymamaq şərti ilə).

Sonuncu dəfə bu komandalar dünya çempionatının seçmə mərhələsində 1997-ci ilin avqustunda üz-üzə gəliblər. Oyunda 6:4 hesabı ilə türklər qalib gəliblər. Həmin oyunda Uels yığmasının hazırkı məşqçisi Robert Peyc də iştirak edib.

Beləliklə, Uels millisi dörd xalla hələlik qrupun liderinə çevrilib. Türkiyə millisinin isə xalı yoxdur. Bir qədər sonra İtaliya (3 xal) və İsveçrə (1 xal) milli komandaları arasında oyun olacaq.

"A" qrupunda üçüncü turun oyunları iyunun 20-də keçiriləcək: İtaliya-Uels (Roma), İsveçrə-Türkiyə (Bakı).

Teqlər:
Türkiyə, Uels, AVRO-2020, Bakı