19:06 27 İyul 2021

Beyl: bəli, penaltini vura bilmədim, amma komandama kömək etdim

© Sputnik / Murad Orujov
Avro 2020
Qısa URL
10 0 0

Uels yığmasının futbolçusu Qaret Beyl bildirib ki, hətta penaltini vura bilməsə də, komandasının Türkiyə millisi üzərində qələbə çalmasına kömək edib.

Türkiyə millisi çərşənbə günü Avropa çempionatının oyununda Uels yığmasına 0:2 hesabı ilə məğlub olub. Oyunun 61-ci dəqiqəsində Beyl penaltini qola çevirə bilməyib, lakin Aaron Remzi və Konnor Robertsə verdiyi iki məhsuldar ötürmə sayəsində qarşılaşmanın ən yaxşı oyunçusu hesab edilib.

"Birincisi, mən qələbədən tam razıyam. Biz ciddi-cəhdlə mübarizə aparırdıq və həmişə olduğu kimi, bütün oyun boyu öz üzərimizdə işləyirdik. İkincisi, bəli, mən penaltini düz vurmadım. Lakin xarakter nümayiş etdirdim və bu da komandaya bu gün qalib gəlməkdə kömək etdi. Bu qələbə bizə dünyada hamıdan çox lazım idi. Oyunun sonundakı ikinci qol isə tortun üzərində bir albalı idi", - deyə Beyl bildirib.

"Düşünmək istərdim ki, pley-off-a çıxmaq üçün dörd xal bəs edəcək. Lakin digər oyunların nəticələrini gözləmək lazım olacaq. Əgər çempionat başlamamışdan bizə son nəticələrə görə dörd xal təklif etsəydiniz, biz düşünmədən razılaşardıq", - deyə futbolçu əlavə edib.