22:57 04 Avqust 2021
Футболисты сборной Украины празднуют забитый мяч.

AVRO-2020: Ukrayna futbolçuları Şimali Makedoniyaya qalib gəldilər

© AFP 2021 / DANIEL MIHAILESCU
Avro 2020
Qısa URL
9 0 0

Ukraynalılar AVRO-2012-dən başlayaraq altı dalbadal məğlubiyyətdən sonra Avropa çempionatında ilk qələbələrini qazanıblar.

Futbol üzrə Ukrayna millisi AVRO-2020 qrup mərhələsinin ikinci turunda Şimali Makedoniya yığmasına qalib gəlib. Beləliklə ukraynalılar Avropa çempionatlarının final mərhələlərindəki altı məğlubiyyətdən ibarət silsiləni dayandırıblar.

"C" qrupunda Buxarestdə keçirilmiş oyun 2:1 hesabı ilə Ukrayna komandasının xeyrinə başa çatıb. Qalib komandanın tərkibində qolları Andrey Yarmolenko (29-cu dəqiqə) və Roman Yaremçuk (34) vurublar. Makedoniya komandasında isə uğursuz penaltidən sonra Ekziyan Alioski topu rəqib qapısının toruna göndərib.

Ukraynalılar üstünlüklərini daha da artıra bilərdi, lakin Ruslan Malinovski də penaltini qola çevirə bilməyib (84).

Beləliklə Ukrayna komandası üç xal yığıb və turnir cədvəlində, "C" qrupunda üçüncü yerdədir.

Şimali Makedoniya yığması isə ard-arda ikinci məğlubiyyətdən sonra turnir cədvəlində sonuncu yerdə qərar tutub.