CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük Britaniya səfiri Uelsə görə Azərbaycana təşəkkür etdi

© Official website of President of Azerbaijan RepublicBritaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp
Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp - Sputnik Azərbaycan, 1920, 18.06.2021
Abunə olmaq
Uels millisi Bakı Olimpiya Stadionundakı ilk matçında İsveçrə ilə heç-heçə edib - 1:1. Komanda ikinci görüşdə Türkiyə millisinə 2:0 hesabı ilə qalib gəlib.

 

BAKI, 18 iyun — Sputnik. Futbol üzrə Avropa çempionatında A qrupunun iki görüşünü Bakıda keçirən Uels millisi ölkəmizi tərk edib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Böyük Britaniya səfiri Ceyms Şarp öz "Twitter" hesabında yazıb.

"Uels futbol komandası artıq Bakıdan növbəti matç üçün Romaya yola düşür. Azərbaycana AVRO-2020 çərçivəsində Uelsə göstərdikləri gözəl qonaqpərvərlik üçün təşəkkür edirik", - deyə səfir yazıb.

Xatırladaq ki, Uels millisi Bakı Olimpiya Stadionundakı ilk matçında İsveçrə ilə heç-heçə edib - 1:1. Komanda ikinci görüşdə Türkiyə millisinə 2:0 hesabı ilə qalib gəlib.

Bakıda AVRO-2020 oyunları 

Bakı Olimpiya Stadionunda ümumilikdə dörd oyunun keçirilməsi planlaşdırılıb. Bunlardan "A" qrupunda İsveçrə-Uels (12 iyun), Türkiyə-Uels (16 iyun) qarşılaşmaları artıq baş tutub. İsveçrə-Türkiyə iyunun 20-də üz-üzə gələcəklər. Bundan əlavə, iyulun 3-də Bakıda AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

Xəbər lenti
0