05:27 06 Avqust 2021
İsveç yığmasının futbolçuları

İsveç millisi AVRO-2020 çərçivəsində Sankt-Peterburqda Slovakiya yığmasına qalib gəlib

© Sputnik / Vladimir Astapkovich
Avro 2020
Qısa URL
10 0 0

Bu qələbə sayəsində isveçlilər "E" qrupunda birinci yerə çıxıblar, lakin şənbə günü keçiriləcək oyundan sonra İspaniya millisi onları xal hesabında keçə bilər.

BAKI, 18 iyun — Sputnik. Futbol üzrə İsveç yığma komandası Avropa çempionatının qrup mərhələsində Slovakiya komandası üzərində qələbə çalıb.

"E" qrupunda ikinci turda keçirilən oyun 1:0 hesabı ilə isveçlilərin xeyrinə başa çatıb. Oyunda yeganə qolu 77-ci dəqiqədə penaltidən Emil Forsberq vurub. Stadinda 11525 tamaşaçı olub.

Xatırladaq ki, ilk turda İsveç millisi İspaniya komandası ilə heç-heçə oynayıb (0:0), Slovakiya millisi isə Polşa komandasına qalib gəlib (2:1).

İspaniya və Polşa komandaları arasında ikinci turun oyunu şənbə günü keçiriləcək.

İyunun 23-də İsveç komandası qrup mərhələsinin son turunda Sankt-Peterburqda Polşa komandası ilə, slovaklar isə Sevilyada ispanlarla qarşı-qarşıya gələcəklər.