18:50 03 Avqust 2021
Алекс Крал (справа) и Лука Модрич

Çexiya və Xorvatiya komandaları AVRO-2020 oyunundan sülhlə ayrılıblar

© REUTERS / STU FORSTER
Avro 2020
Qısa URL
7 0 0

Çexiyalı Patrik Şik iki oyunda vurduğu üç qolla Avropa çempionatının ən yaxşı bombardirinə çevrilib.

Futbol üzrə Çexiya və Xorvatiya milliləri Avropa çempionatının qrup mərhələsinin ikinci turundakı qarşılaşmada heç-heçə oynayıblar. "D" qrpunda Qlazqoda keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb.

Xorvatiya komandasının və Rusiyanın "Zenit" klubunun müdafiəçisi Deyan Lovren dirsəyi ilə Çexiya millisiniin oyunuçusu Patrik Şikin sifətinə zərbə vurub. Sonuncu isə 37-ci dəqiqədə bu qayda pozuntusuna görə xorvatların qapısına təyin olunmuş penaltini qola çevirib.

Cavab topunu 47-ci dəqiqədə xorvatiyalı İvan Perişiç vurub.

Stadionda oyunu 5607 tamaşaçı izləyib. Bu, hələ ki, hazırkı Avropa çempionatında ən aşağı göstəricidir.

Moskvanın "Spartak" və MOİK klublarının yarımmüdafiəçiləri çexiyalı Aleks Kral və xorvat Nikola Vlaşiç ikinci hissədə meydana çıxıblar.

Patrik Şik iki oyunda vurduğu 3 qolla AVRO-2020-nin ən yaxşı bombardiridir.

Qrup mərhələsinin ilk turunda Çexiya komandası Şotlandiya yığmasına 2:0 hesabı ilə qalib gəlib, Xorvatiya millisi isə İngiltərə yığmasına 0:1 hesabı ilə məğlub olub.

AVRO-2020-nin növbəti oyununda Çexiya millisi Londonda İngiltərə seçmə komandası ilə, Xorvatiya millisi isə Qlazqoda Şotlandiya komandası ilə qarşılaşacaq. Oyunlar iyunun 22-də keçiriləcək.