19:08 03 Avqust 2021
Автогол защитника сборной Турции Мериха Демирала в матче открытия ЕВРО-2020 со сборной Италии.

AVRO-2020-də qitə çempionatlarında vurulan avtoqolların rekordu müəyyən olunub

© Powered by UEFA.com / FILIPPO MONTEFORTE - Powered by Getty Images/UEFA
Avro 2020
Qısa URL
13 0 0

Hazırkı Avropa birinciliyində artıq 5 avtoqol vurulub ki, bu da əvvəllər keçirilən qitə çümpionatlarındakından sayca çoxdur

AVRO-2020-də oyunçuların öz qapılarına vurduqları qolların sayına görə rekord vurulub.

"F" qrupunda Münhendə Almaniya və Portuqaliya yığmaları arasında keçirilən oyunda portuqallar iki dəfə topu öz qapılarına göndərib. İkinci hissədə oyunda hesab 4:2 almanların xeyrinədir.

Ruben Diaş və Rafael Qerreyru hazırkı çempionatda vurulan 4-5-ci avtoqolları vurublar. 1960-2016-cı illərdə Avropa çümpionatlarının final mərhələlərində oyunçular öz qapılarına 9 dəfə qol vurub.

2016-cı ildə cəmi üç bu cür hal qeydə alınıb. Beləliklə, AVRO-2020 bu göstəriciyə görə 2016-cı il birinciliyini geridə qoyub.

Almaniya komandasının portuqalların qapısına qol vuran yarımmüdafiəçisi Kay Havers alman yığmaları tarixində rəqib komandanın qapısına yol tapmış ən gənc futbolçu olub (22 yaş və 8 gün).