06:09 26 İyul 2021
 Cerdan Şakiri

Şakiri AVRO-2020 çərçivəsində İsveçrə-Türkiyə qarşılaşmasının ən yaxşı oyunçusu olub

© REUTERS / OZAN KOSE
Avro 2020
Qısa URL
15 0 0

Türkiyə millisinin qapısına iki qol vurmuş isveçrəli yarımmüdafəçi "Oyunun ulduzu"xüsusi mükafatına layiq görülüb

BAKI, 20 iyun — Sputnik. Avropa çempionatının qrup mərhələsinin üçüncü turunda Türkiyə yığmasının qapısından iki top keçirən isveçrəli yarımmüdafiəçi Cerdan Şakiri oyunun ən yaxşı oyunçusu elan edilib. Bu barədə UEFA-nın rəsmi saytından məlumat verilir.

"A" qrupunda İsveçrə və Türkiyə yığma komandaları arasında Bakıda keçirilən oyun 3:1 hesabı ilə isveçrəlilərin xeyrinə başa çatıb. Şakiri oyunda iki qol vuraraq dubl edib.

Beləiklə, İsveçrə millisi (4 xal) "A" rupunda üçüncü yerdə qərarlaşıb və hələ də AVRO-2020-nin 1/8 finalına çıxmaq şansını saxlayır. Türkiyə komandası qrup mərhələsinin bütün oyunlarını uduzaraq turniri tərk edir.