04:58 06 Avqust 2021
Burak Yılmaz, arxiv şəkli

Türkiyə millisinin kapitanı AVRO-2020-də komandasının biabırçı çıxışına görə üzr istəyib

Matthew Lewis - Powered by Getty Images/UEFA
Avro 2020
Qısa URL
11 0 0

Burak Yılmaz azarkeşlərin Türkiyə millisini Avropa çempionatındakı uğursuzluğa görə tənqid etmək haqlarının olduğunu dilə gətirib.

Türkiyə yığmasının oyunçuları Avropa çempionatında biabır olub və buna görə üzr istəyirlər. Bunu komandanın kapitanı Burak Yılmaz deyib.

Türkiyə millisi AVRO-2020 "A" qrupunda keçirdiyi hər üç oyunda məğlub olub. İtaliya yığması ilə oyun 0:3, Uels yığması ilə 0:2, İsveçrə yığması ilə isə 1:3 hesabı ilə başa çatıb.

"Onu deyə bilərəm ki, komanda bu turnirə həqiqətən çox yaxşı hazırlaşmışdı. Biz tamamilə başqa şeylər barədə xəyallar qururduq. Kimləri biabır etmişiksə, hamısından üzr istəyirik, sizin bizi tənqid etməyə tam haqqınız var. İndi Türkiyə millisində yeni nəsil formalaşır və onlar çox şeyə nail ola bilərlər. Təəssüf ki, bu, AVRO-2020-yə təsadüf etmədi", - deyə Yılmaz jurnalistlərə bildirib.