CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Petkoviç: İsveçrə millisi türklərlə bir komanda kimi oynadı

© Sputnik / Murad Orujovİsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.
İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında. - Sputnik Azərbaycan, 1920, 21.06.2021
Abunə olmaq
İsveçrə yığmasının baş məşqçisi hesab edir ki, yetirmələri Avropa çempionatında Türkiyə millisinə qarşı vahid komanda kimi oynamağı bacarıblar.

Bazar günü İsveçrə millisi Avropa çempionatının qrup mərhələsinin son turunda Türkiyə komandasını 3:1 hesabı ilə məğlub edib. Üç oyunun nəticəsinə görə, isveçrəlilər 4 xal toplayaraq turnir cədvəlində üçüncü yerdə qərarlaşıblar. Komandanın pley-off mərhələsinə çıxmaq şansı var.

"Düşünürəm ki, bu gün biz bir komanda kimi nəyə qadir olduğumuzu nümayiş etdirdik. Çoxlu qol vəziyyətləri yaratdıq və bir hissəni reallaşdırdıq. Oyunçular oyundan əvvəl onlardan istədiklərimi yerinə yetirdilər. Nəzəri cəhətdən müdafiədə daha yaxşı oynaya bilərdik, amma ümumilikdə oyunçularımızdan razıyam. Qrup mərhələsinə yekun vuraraq deyə bilərəm ki, Uels (1:1) və Türkiyə (3:1) komandaları ilə oyunlarda biz üstün idik. İtalyanlarla oyunda isə (0:3) biz əsl top-yığma komanda ilə qarşılaşdıq. Ümid edirik ki, mübarizəni davam etdirmək üçün dörd xal kifayət edəcək", - deyə Petkoviç mətbuat konfransında bildirib.

Yığmanın heyətində qolları Xaris Seferoviç və Cerdan Şakiri vurublar.

İlk iki oyundan sonra İsveçrə oyunçuları ölkə mətbuatının tənqidinə tuş gəliblər.

"Mənim heç vaxt Seferoviç və Şakiri ilə bağlı şübhəm olmayıb. Xoşbəxtlikdən, mən o qədər də ciddi tənqid hiss etmədim və tutduğum xətti davam etdirdim. Bu gün mən mümkün olan ən yaxşı heyəti toplamışam və bu mənim üçün vacib idi. Mən Türkiyəni təəccübləndirmək istəyirdim və düşünürəm ki, biz bunu edə bildik. Oyunçularımla çox fəxr edirəm", - deyə Petkoviç vurğulayıb.

Xəbər lenti
0