10:21 02 Avqust 2021
Daler Kuzyayev (solda) və Pyer Emil-Heyberq

Rusiya yığması böyük hesabla Danimarka millisinə uduzaraq Avropa çempionatını tərk edir

© Sputnik / Владимир Песня
Avro 2020
Qısa URL
33 0 0

Stanislav Çerçesovun komandası ev sahibliyi etdiyi dünya çempionatındakı uğurunu təkrar edə bilməyib.

BAKI, 22 iyun — Sputnik. Futbol üzrə Rusiya milli komandası AVRO-2020 qrup mərhələsinin üçüncü turunda Danimarka millisinə böyük hesabla məğlub olub.

"B" qrupunun Kopenhagendə keçən üçüncü turunun oyunu 4:1 hesabı ilə danimarkalıların xeyrinə başa çatıb.

Beləliklə Rusiya millisi Avropa birinciliyində çıxışını başa vurub.

Qalib komandanın tərkibində qolları Mikkel Damsqor (38-ci dəqiqə), Yussuf Poulsen (59), Andreas Kristensen (79), Yoakim Mele (82) vurublar.

Rusiya komandasının yeganə qolunu Artyom Dzüba vurub (70-ci dəqiqədə penaltidən).