Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Almaniya Macarıstanla heç-heçə oynayaraq AVRO-2020-nin pley-off mərhələsinə çıxdı

© AFP 2023 / ALEXANDER HASSENSTEINФутболисты сборной Германии
Футболисты сборной Германии - Sputnik Azərbaycan, 1920, 24.06.2021
Abunə olmaq
Futbol üzrə Almaniya millisi Avropa çempionatında Macarıstan komandası ilə oyundan sülhlə ayrılaraq turnirin 1/8 final mərhələsinə vəsiqə alıb

Münhendə "F" qrupunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Macarlarda qolları Adam Salai (11-ci dəqiqə) və Andraş Şafer (68) vurublar. Alman millisinin heyətində Kay Havers (66) və Leon Qoretska (84) fərqləniblər. 

Rusiyalı referi Sergey Karasevin briqadasının idarə etdiyi oyuna stadionda 12413 azarkeş tamaşa edib.

Almaniya millisi dörd xalla qrupda ikinci yeri tutub və 1/8 finalda ingilislərlə oynayacaq. Macarıstan komandası iki xal toplayaraq qrup sonuncusu kimi çempionatı tərk edir.

Xəbər lenti
0