03:01 01 Avqust 2021
Kriştianu Ronaldu və Kərim Benzema

Portuqaliya Fransa ilə heç-heçə oynayaraq AVRO-2020 pley-off mərhələsinə adladı

© REUTERS / FRANCK FIFE
Avro 2020
Qısa URL
59 0 0

Madridin "Real" klubunda vaxtilə komanda qoldaşı olmuş Kərim Benzema və Kriştianu Ronaldu hərəyə iki qol vurublar.

Futbol üzrə Portuqaliya və Fransa milli komandaları arasında oyun 2:2 hesabı ilə heç-heçə başa çatıb.

"F" qrupunda Budapeştdə keçirilən oyunun nəticəsinə görə Portuqaliya millisi 1/8 finala vəsiqə almağı bacarıb.

Oyunda 54886 tamaşaçı iştirak edib.

Beləliklə, fransızlar qrupda tutduğu 1-ci, portuqallar isə üçüncü yerdən növbəti mərhələyə vəsiqə alıblar.