10:05 17 Sentyabr 2021
Bakı Olimpiya Stadionu, arxiv şəkli

Bakıda keçiriləcək AVRO-2020 1/4 final qarşılaşmasında kimlər oynayacaq

© REUTERS / AZIZ KARIMOV
Avro 2020
Qısa URL
1419 0 0

Qrup mərhələsində Bakı Olimiya stadionunda iki oyun keçirmiş futbol üzrə Uels millisi 1/4 finalda yenidən Azərbaycan paytaxtına gələ bilər.

BAKI, 24 iyun — Sputnik. 2020-ci il Avropa çempionatının qrup mərhələsi başa çatdıqdan sonra həmçinin Bakıda dörddə bir finalda oynaya biləcək yığma komandalar müəyyən olunub. Sputnik Azərbaycan xəbər verir ki, Bakı Olimpiya stadionunda iyulun 3-də keçiriləcək oyunda Uels-Danimarka və Niderland-Çexiya 1/8 final cütlüklərinin qalibləri qarşılaşa bilərlər.

Beləliklə, əgər Uels yığması Danimarka yığmasına 1/8 finalda qalib gələrsə, o zaman "A" qrupunda iki oyun keçirdiyi və qrup ikincisi olduğu Bakıya qayıda bilər.

Qeyd edək ki, Danimarka millisi pley-off mərhələsinə "B" qrupunda üçüncü yerdən vəsiqə qazanıb.

Öz növbəsində Niderland yığması "C" qrupunda bütün qarşılaşmaları qalibiyyətlə başa vuraraq birinci olub. Çexiya yığması isə pley-off mərhələsinə "D" qrupunda üçüncü yerdən yüksəlib.

Uels və Danimarka yığmaları arasında AVRO-2020 1/8 final qarşılaşması iyunun 26-da Amsterdamda, Niderland-Çexiya qarşılaşması isə iyunun 27-də Budapeştdə keçiriləcək.

1/8 finalın qalan oyunlarının qrafiki isə aşağıdakı kimidir:

İtaliya-Avstriya (26 iyun), Belçika – Portuqaliya (27 iyun), Xorvatiya – İspaniya (28 iyun), Fransa – İsveçrə (28 iyun), İngiltərə – Almaniya (29 iyun), İsveç – Ukrayna (29 iyun).

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya Stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları artıq keçirilib. Bundan əlavə, iyulun 3-də isə burada AVRO-2020 1/4 final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

Eləcə də oxuyun:

  • Ronaldu yığma komandaların heyətində vurulan qollara görə dünya rekordunu təkrarladı

  • AVRO-2020-nin 1/8 finalının bütün cütlükləri məlum olub

  • İspanlar slovakları darmadağın edərək AVRO-2020 pley-off mərhələsinə adladılar

Teqlər:
AVRO-2020, 1/4 final, Bakı