Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AVRO-2020-nin 1/8 final oyununda Uelsi darmadağın edən Danimarka Bakıya gələcək

© AFP 2023 / KENZO TRIBOUILLARDФутболисты сборной Дании
Футболисты сборной Дании - Sputnik Azərbaycan, 1920, 26.06.2021
Abunə olmaq
Danimarkalılar futbol üzrə 2020-ci il Avropa çempionatının 1/4 mərhələsinin ilk iştirakçısı olublar. Onların oynayacağı görüş Bakıda olacaq.

Futbol üzrə Danimarka millisi Avropa çempionatının 1/8 final oyununda Uels yığmasına qalib gəlib. Amsterdamda keçirilən oyun 4:0 hesabı ilə danimarkalıların xeyrinə başa çatıb.

Oyunda qolları 27 və 48-ci dəqiqələrdə dubl etmiş Kasper Dolberq, 88-ci dəqiqədə rəqib qapısına yol tapmış Yoakim Mele və 90+6-cı dəqiqədə uelslilərin qapı toruni silkələmiş Martin Breytueyt vurublar. 

İkinci qolun səbəbi topu uğursuzluqla vurub çıxarmağa cəhd etmiş Uels yığmasının müdafiəçisi Neko Uilyamsın səhvi olub.

Bundan əlavə, uelslilərin yarımmüdafiəçisi Harri Uilson 90-cı dəqiqədə meydandan qovulub.

Dolberq 2012-ci ildən bu günə qədər Danimarka millisi tərkibində iri miqyaslı futbol turnirlərində dubl etmiş ilk oyunçu olub. 2012-ci ildə Niklas Bendtner Portuqaliya millisinin qapısına iki dəfə yol tapıb.

Bundan əlavə, 23 il 263 gün yaşlı Dolberq Avropa çempionatının pley-off oyunlarında ən azı iki qol vura bilmiş oyunçular arasında ikinci olub. Bu göstəriciyə görə rekord italiyalı Mario Balotelliyə məxsusdur (2012-ci il Avropa çempionatının yarımfinalında 21 il 321 gün yaşda Almaniya komandasına qarşı).

Danimarka yığması 1992-ci ildən sonra Avropa çempionatının pley-off oyunlarında ilk qollarını vurub. Həmin turnirdə danimarkalılar çempion olublar. Sonuncu dəfə Danimarka yığması 2004-cü ildə 1/4 finala qədər irəliləyib.

Uelslilərin Avropa birinciliklərində ən yaxşı nəticəsi yarımfinaldır (2016-cı ildə).

Danimarka yığmasının 1/4 finaldakı rəqibi bazar günü Budapeştdə keçiriləcək Niderland - Çexiya görüşünün qalibi olacaq. Həmin oyun Bakıda keçiriləcək.

AVRO-2020 Avropanın 11 şəhərində, o cümlədən Bakıda keçirilir.

Xəbər lenti
0