10:39 02 Avqust 2021
İtaliya futbolçuları

İtaliya yığması əlavə vaxtda avstriyalılara qalib gələrək AVRO-2020-nin 1/4 finalına çıxıb

© AFP 2021 / FRANK AUGSTEIN
Avro 2020
Qısa URL
39 0 0

Futbol üzrə İtaliya millisi Avropa çempionatının 1/8 final oyununda əlavə vaxtda Avstriya komandasına qalib gəlib.

Londonun "Uembli" stadionunda baş tutmuş görüş 2:1 hesabı ilə italyanların xeyrinə başa çatıb. Onların heyətində qolları Federiko Kyeza (95-ci dəqiqə) və Matteo Pessina (105) vurublar. Avstriyalılarda Saşa Kalayciç (114) fərqlənib. Kyeza atası Enriko Kyezadan 25 il 12 gün sonra Avropa çempionatında qol vurub. Enriko Kyeza AVRO-1996-nın qrup mərhələsində çexlərin qapısına qol vurmuşdu.

Görüşün 65-ci dəqiqəsində Marko Arnautoviç italyanların qapısına qol vurub, lakin qol ofsayd səbəbəindən hesaba alınmayıb. Arnautoviç birinci hissə başlanandan 1 dəqiqə 32 saniyə sonra sarı vərəqə alıb, bu AVRO-2020-də ən tez xəbərdarlıqdır.

İtaliya yığması məlubiyyətsiz oyun seriyasını 31-ə (26 qələbə, 5 heç-heçə) çatdırıb, Roberto Mançininin komandası son 12 qarşılaşmanı udub.

İtalyanların 1/4 finaldakı rəqibi bazar günü Sevilyada keçiriləcək Belçika-Potuqaliya oyununda müəyyənləşəcək. 1/4 final oyunu iyulun 2-də Münhendə olacaq.

İtaliya komandası 1968-ci il Avropa çempionatının qalibi olub, iki dəfə ikinci yeri tutub (2000, 2012). İtaliya millisi dördüncü dəfə Avropa çempionatının 1/4 finalına çıxıb. Avstriya yığması AVRO-2020-də ilk dəfə olaraq Avropa çempionatlarının qrup mərhələsindən çıxıb.

AVRO-2020 Avropanın 11 şəhərində, o cümlədən Bakıda keçirilir.