18:22 03 Avqust 2021
Belçika yığmasının oyunçuları

Belçika AVRO-2020-nin 1/8 finalında Portuqaliyanı məğlub edərək növbəti mərhələyə çıxıb

© REUTERS / THANASSIS STAVRAKIS
Avro 2020
Qısa URL
11 0 0

Ötən Avropa birinciliyinin qalibi olan portuqaliyalılar Köhnə Dünyanın ən yaxşı komandası titulunu qoruyub saxlaya bilməyiblər.

2016-cı il Avropa çempionatının qalibi olmuş Portuqaliya millisi AVRO-2020 1/8 final oyununda Belçika yığmasına məğlub olaraq birincilikdə çıxışlarını bitirib.

Bazar günü Sevilyada keçirilən oyun 1:0 hesabı ilə belçikalıların qələbəsi lə nəticlənib.

42-ci dəqiqədə qələbə qolunu Torqan Azar vurub.

Turnirin 1/4 finalında iyulun 2-də Belçika millisi Münhendə İtaliya yığması ilə üz-üzə gələcək.