15:55 20 Sentyabr 2021

Fransa millisi AVRO-2020-nin 1/8 finalında penaltilərlə İsveçrə millisinə məğlub olub

© REUTERS / DANIEL MIHAILESCU
Avro 2020
Qısa URL
3610

Futbol üzrə hazırkı dünya çempionu olan Fransa millisi AVRO-2020 1/8 final oyununda penaltilər seriyasında İsveçrə millisinə məğlub olub.

Bazar ertəsi Buxarestdə keçirilən oyunun əsas və əlavə vaxtı 3:3 hesab ilə başa çatıb.

15-ci dəqiqədə isveçrəlilər Haris Seferoviçin qolu ilə önə çıxıblar. 55-ci dəqiqədə İsveçrə millisinin oyunçusu Rikardo Rodriges penaltidən topu tora göndərə bilməyib.

Bundan iki və dörd dəqiqə sonra fransalı hücumçu Kərim Benzema dubl edərək komandasını irəli çıxarıb – 2:1. İsveçrəlilərin qapısına üçüncü qolu 75-ci dəqiqədə Pol Poqba vurub – 3:1. Lakin Vladimir Petkoviçin yetirmələri oyunu xilas edə biliblər – Seferoviç (81) və Mario Qavranoviç (90) – 3:3.

Penaltilər seriyasında isə isveçrəlilər daha dəqiq olublar – 5:4.

Həlledici səhvi Kilian Mbappe edib, onun vurduğu zərbəni qapıçı Yan Sommer qaytara bilib.

İsveçrəlilərdən qolları Qavranoviç, Fabian Şer, Manuel Akanci, Ruben Varqas və Admir Mehmedi vurublar.

Fransa millisinidən isə penaltiləri Poqba, Olivye Jiru, Markus Türam, Presnel Kimpembe qola çeviriblər.

Tsuber AVRO-2020-də dörd məhsuldar ötürmə edib. 1980-ci ildən indiyə qədər başqa heç bir oyunçu bunu edə bilməyib.

İyulun 2-də Sankt-Peterburqda keçiriləcək 1/4 final oyununda İsveçrə və İspaniya komandaları üz-üzə gələcəklər.