CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Praqadan Bakıya çex azarkeşləri gətirəcək reys ləğv edildi

© © AP Photo / Laszlo Balogh, PoolФанаты сборной Чехии
Фанаты сборной Чехии - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Abunə olmaq
Fan-təyyarənin uçmasına əngəl olan səbəb kimi AVRO-2020-nin Bakıda keçiriləcək 1/4 finalında Danimarka-Çexiya oyununa gəlmək istəyənlərin sayının azlığı göstərilir.

BAKI, 1 iyul – Sputnik. Çexiya futbol millisinin azarkeşlərini Praqadan Bakıya gətirməli olan çarter reys ləğv olunub. Bu barədə Sputnik Azərbaycan Idnes-ə istinadən bildirir.

Azarkeşlər Bakıda keçiriləcək AVRO-2020-nin dörddəbir finalında Danimarka-Çexiya oyununda komandalarını dəstəkləməyə hazırlaşırdılar.

Azarkeşlərin Bakıya səfərini təmin etməyi planlaşdıran Çexiya milli komandasının fan-klubunun məlumatına görə, reys Azərbaycanın paytaxtına gəlmək istəyənlərin sayının az olması səbəbindən təxirə salınıb. Ancaq öncə məlumat verilmişdi ki, Praqadan Bakıya üç yüzədək çex azarkeş gəlmək niyyətindədir.

Azarkeşlərin Bakıya gəlməkdən imtinasının səbəbi isə çətinliklərlə, xüsusən koronavirus pandemiyası və səfərin bahalığı ilə əlaqədardır. Qeyd olunur ki, Praqadan Bakıya birbaşa reys yoxdur, Azərbaycan paytaxtından qayıtdıqdan sonra isə azarkeşlər 10 günlük karantində qalmalıdırlar. Məhz bu amil çex azarkeşləri Bakıya gəlməkdən çəkindirir.

Çexiya futbolçuları isə “azarkeş” təyyarəsinin uçuşunun ləğvinə görə təəssüf edirlər.

“Kədərlidir. Kimsə fərdi şəkildə gələ bilər. Baxarıq, nəticədə neçə azarkeş gələcək Bakıya. Ümid edirəm, orada bizi dəstəkləyən olacaq. Bu, çox kədərlidir, ancaq biz bunu olduğu kimi qəbul etməliyik”, - Çexiya millisinin  müdafiəçisi Mixal Sadilek deyib.

Qeyd edək ki, Çexiya və Danimarka milliəri Praqa və Kopenhagendən çarter reysi ilə Bakıya yola düşüblər və Azərbaycan paytaxtına iyulun 1-i, axşamçağı çatacaqlar. AVRO-2020-nin 1/4 final matçı isə şənbə günü, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlayacaq.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları artıq keçirilib. Bundan əlavə, iyulun 3-də isə burada AVRO-2020 1/4 final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

AVRO-2020-nin Bakıdakı təşkilat komitəsi ilə AR Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı Olimpiya Stadionunun Avropa çempionatı oyunları zamanı tribunaların 50%-i həcmində azarkeş qəbul edəcəyinə zəmanət vermişdilər. Bakıda AVRO-2020-nin matçlarının iştirakçı ölkələrindən olan, bilet almış və ya UEFA-nın akkreditasiyasına malik əcnəbi azarkeşlər isə Heydər Əliyev aeroportunda sadələşdirilmiş qaydada viza ala bilərlər.

Eləcə də oxuyun:

  • Danimarkalıların və çexlərin Bakı oyunundan narazılığı: əsaslandırılmış səbəblər, yoxsa...

  • AVRO-2020-nin dörddəbir finalında oynayacaq bütün komandalar müəyyən olunub

  • AVRO-2020-də İngiltərə-Almaniya oyunu öncəsi Tofiq Bəhramovu yada salıblar

Xəbər lenti
0