19:11 03 Avqust 2021
Joze Mourinio

Joze Mourinio Bakıda keçiriləcək AVRO-2020 dörddəbir oyununa dair proqnoz verib

© AP Photo / Pool / Adam Davy
Avro 2020
Qısa URL
9 0 0

Portuqaliyalı məşhur mütəxəssis hesab edir ki, Avropa çempionatının yarımfinal mərhələsinə oyunları Bakıda keçirilmiş "A" qrupundan olan komandalardan biri çıxacaq.

BAKI, 2 iyul — Sputnik. Danimarka millisinin Bakıda keçiriləcək dörddəbir final oyununda Çexiya yığmasından üstünlükləri çoxdur. Sputnik Azərbaycan TalkSPORT-a istinadən xəbər verir ki, bunu portuqaliyalı məşhur futbol mütəxəssisi, İtaliyanın "Roma" komandasının baş məşqçisi Joze Mourinio deyib.

İyulun 3-də Bakı Olimpiya stadionunda Danimarka və Çexiya milli komandaları arasında AVRO-2020 dörddəbir final oyunu keçiriləcək. Oyun Bakı vaxtı ilə 20.00-da başlanacaq.

Digər dörddəbir final qarşılaşmalarında İsveçrə-İspaniya, Belçika-İtaliya və Ukrayna-İngiltərə komandaları üz-üzə gələcək.

Qeyd edək ki, İtaliya və İsveçrə komandaarı pley-off mərhələsinə oyunlarının bir hissəsinin Bakıda keçirildiyi "A" qrupundan, müvafiq olaraq birinci və üçüncü yerlərdən çıxıblar.

Portuqaliyalı mütəxəssis hesab edir ki, dördəbir final mərhələsində Danimarka və İngiltərə yığmaları rəqiblərindən daha güclüdürlər və qələbə çalmalıdırlar.

İsveçrə-İspaniya cütlüyünə gəldikdə isə Mourinio bir o qədər də qətiyyətli deyil, lakin ispanların yarımfinala çıxmaq şanslarının daha çox olduğunu düşünür.

İtaliya Belçika qarşılaşmasına gəldikdə isə məşqçi qeyd edib ki, onun fikri obyektiv olmaya bilər.

"Mənim üçün bu böyük problemdir. Çünki, əgər mən İtaliya millisini seçməsəm, Romaya qayıdanda məni öldürərlər. Odur ki, bu halda mən italyanları meçirəm", - deyə Mourinio bildirib.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları artıq keçirilib. Bundan əlavə iyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

AVRO-2020-nin Bakıdakı təşkilat komitəsi ilə AR Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı Olimpiya Stadionunun Avropa çempionatı oyunları zamanı tribunaların 50%-i həcmində azarkeş qəbul edəcəyinə zəmanət vermişdilər. Bakıda AVRO-2020-nin matçlarının iştirakçı ölkələrindən olan, bilet almış və ya UEFA-nın akkreditasiyasına malik əcnəbi azarkeşlər isə Heydər Əliyev aeroportunda sadələşdirilmiş qaydada viza ala bilərlər.