05:58 28 Sentyabr 2021
Çexiya millisinin qapıçısı Tomaş Vatslik (solda) və Danimarka yığmasının hücumçusu Mikkel Damsqord

Vatslik: Çexiya millisi AVRO-2020-ni alnıaçıq tərk edir

DARKO VOJINOVIC - Powered by Getty Images/UEFA
Avro 2020
Qısa URL
5 0 0

Çexiya millisinin qapıçısı Avropa çempionatında var gücü ilə mübarizə aparan komandası ilə fəxr etdiyini bildirib.

Futbol üzrə Çexiya millisinin oyunçuları Avropa çempionatını alnıaçıq tərk edirlər. Belə bir açıqlama ilə Çexiya millisinin qapıçısı Tomaş Vatslik çıxış edib.

Şənbə günü Çexiya millisi AVRO-2020 döprddəbir final oyununda Danimarka yığmasına 1:2 hesabı ilə məğlub olub.

"Mən komandamla fəxr edirəm, çünki nələrdən və necə keçdiyimizi bilirəm. Biz turniri alnıaçıq tərk edirik, biz uğur qazanmaq üçün mümkün olan hər şeyi etdik", - Çexiya futbol assosiasiyası Vatslikin sözlərini sitat gətirir.