09:57 02 Avqust 2021
Harri Keyn

İngiltərə yığması Ukrayna millisinə qalib gələrək AVRO-2020 yarımfinalına yüksəlib

© REUTERS / ALBERTO LINGRIA
Avro 2020
Qısa URL
12 0 0

Doğma "Uembli" stadionunda keçirəcəkləri oyunda futbolun yaradıcıları Danimarka millisi ilə üz-üzə gələcəklər.

Futbol üzrə İngiltərə yığması Avropa çempionatının dörddəbir final oyununda Ukrayna millisini böyük hesabla məğlub edib.

Romanın Olimpiya stadionunda keçirilən qarşılaşma 4:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb. Komandanın kapitanı Harri Keyn dubla imza atıb (4 və 50-ci dəqiqələrdə). Qalan iki qolu isə Harri Maquayer (46) və Cordan Henderson (63) vurublar.

AVRO-2020-nin finalına çıxmaq üçün ingilislər danimarkalılarla mübarizə aparacaqlar. Oyun iyulun 7-də Londonun "Uembli" stadionunda keçiriləcək.