02:42 01 Avqust 2021
AVRO 2020-nin loqosu, arxiv şəkli

AVRO-2020-nin bütün yarımfinalçıları müəyyən olundu

© AFP 2021 / OLGA MALTSEVA
Avro 2020
Qısa URL
22 0 0

Avropanın ən güclü yığması adı uğrunda mübarizəni İngiltərə, Danimarka, İspaniya və İtaliya komandaları davam etdirəcəklər.

AVRO-2020 yarımfinal mərhələsinin müəyyən olunan son iştirakçısı şənbə günü keçirilmiş qarşılaşmada Ukrayna millisini 4:0 hesabı ilə məğlub etmiş İngiltərə komandası oldu. Yarımfinalda ingilislərin rəqibi elə həmin gün Çexiya millisinə 2:1 hesabı ilə qalib gəlmiş Danimarka yığma komandası olacaq.

Digər yarımfinal oyununda İtaliya və İspaniya yığmaları üz-üzə gələcəklər. Dörddəbir finalda italyanlar Belçika millisini məğlub ediblər (2:1). İspanlar isə həmin mərhələdə İsveçrə komandasından penalti seriyasında üstün olublar (əsas vaxtda hesab 1:1 olub).

Yarımfinal oyunları iyulun 6-sı (İtaliya-İspaniya) və 7-də (İngiltərə-Danimarka) Londonun "Uembli" stadionunda keçiriləcək.