10:22 02 Avqust 2021

Qırmızı-bəyaz Bakı: Azərbaycan paytaxtı AVRO-2020 ilə danimarkalıların zəfəriylə vidalaşdı

© Sputnik / Murad Orujov
Avro 2020
Qısa URL
9 0 0

RİA Novosti-nin müxbiri Aleksandr Roqulev futbol üzrə Avropa çempionatının Bakı mərhələsinin yekunları barədə.

Danimarka ilə Çexiya arasında 2:1 hesabı ilə danimarkalıların xeyrinə bitən oyunla Bakıda futbol üzrə Avropa çempionatının proqramı başa çatdı. Azərbaycan paytaxtı beş müxtəlif komandanın iştirakı ilə dörd oyunu qəbul etdi. Maraqlıdır ki, bu komandaların əksəri təsadüfdən formalarında qırmızı və ağ rənglərdən istifadə edir.

BAKIDA BAYRAM

Avropa çempionatı Bakı həyatını rövnəqləndirdi. İyunda yeni koronavirus infeksiyasına yoluxanların sayı Azərbaycanda minimuma salındı (xüsusilə Rusiyanın fonunda), AVRO-2020-nin startından əvvəl isə, iyunun 10-da ölkədə xeyli məhdudiyyət yumşaldıldı.

Məscid və kilsələr (düzdür, ancaq vaksin olunanlar üçün), ticarət mərkəzləri, restoranlar açıldı. Azarkeşlər üçün ölkəyə giriş maksimal surətdə sadələşdirildi. İstirahər günləri işləməyən ictimai nəqliyyat nəinki şənbə və bazar fəaliyyət göstərdi, üstəlik həmişəkindən daha gec - gecə saat 2-dək sərnişin daşıdı. 

Mümkündür ki, Avropa çempionatı kimi nəhəng idman yarışının bütün gözəlliklərini Bakı dərindən hiss etməyə çatdırmadı. Burada ev komandası kimi nəzərdən keçirilən türklər maksimal uğursuz çıxış etdilər. Dörddəbir finala çıxacağı təqdirdə nəzəri cəhətdən Azərbaycanda maraq doğura biləcək Rusiya komandası Bakıya gəlməyi bacarmadı. Uels, İsveçrə və Danimarkadan olan qonaqların sayı isə az idi - qiymətlər və məlun koronavirus öz sözünü dedi. 

Ancaq eyni fikirləri bütün AVRO-2020 haqda da demək olar - bir çöx xalqlar və ölkələr çempionatla təmasda olsalar da, onlardan heç biri turniri özününkü adlandıra bilməz. Etiraf etmək lazımdır ki, Azərbaycanın təşkilat komitəsi üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirərək Bakıya uzun müddət xatirələrdən silinməyəcək futbol bayramı bəxş etdi. 

Bakıda keçirilən dörd oyunda ümumilikdə 61988 azarkeş iştirak etdi, orta ziyarətçi sayı isə 15 497 nəfər oldu. Olimpiya stadionuna isə arenanın tutumunun cəmi 50%-i qədər tamaşaçı buraxıla bilərdi.

BEYL BAKIYA QAYIDA BİLMƏDİ

İdman nöqteyi-nəzərindən Bakı iki komandaya - Uels və Danimarkaya - uğur gətirdi. 

Britaniyalılar Azərbaycanda İsveçrə komandası ilə heç-heçə (1:1) oynadılar, sonra isə türklərə qalib gələrək qrupdakı ikinci yerdən 1/8 finala çıxdılar. Nəzəri cəhətdən uelslilər onlar üçün uğurlu torpağa yenidən gələ bilərdilər, amma pley-offun birinci oyununda danimarkalılara böyük hesabla məğlub oldular - 0:4.

Buna rəğmən, hətta bu da nəsil dəyişikliyi yaşayan Uels komandası üçün uğur sayıla bilər. Turnirdən sonra ölkə üçün əsas sual - mərkəzi ulduz Qaret Beylin gələcəyi oldu. Matçın sonunda əsəbləşərək müsahibəni tərk edən forvard sakitləşəndən sonra etiraf etdi ki, futbolçu karyerasının sonunadək millidə oynayacaq.

Uelslilərin fonunda Türkiyə millisi Bakıda inanılmaz uğursuzluq yaşadı. Şenol Güneşin komandası, plana görə, İsveçrə və Uels komandalarını əzməli idi. Bunun əvəzində "ay-ulduzlular" özləri pis duruma düşdülər - qardaş ölkədən heç bir xal toplamadan, ümumi hesabda 1:5 uduzaraq getdilər. 

"İndi mən istefaya gedib-getməmək barədə deyil, bu situasiyadan necə çıxmaq barədə düşünürəm", - Bakıdakı mətbuat konfransında Şenol Güneş dedi.

İsveçrə yığması da, Uels millisindən azacıq zəif çıxış etsə də, AVRO-2020-nin pley-offuna çıxdı. Əvəzində Bakıdan sonra Vladimir Petkoviçin komandasını sensasiya - fəaliyyətdə olan dünya çempionları fransızlar üzərində möhtəşəm qələbə (4:3), ardınca isə ispanlara məğlubiyyət (1:2) gözləyirdi. Hər iki halda da penaltilər əsas rol oynadı. İsveçrəli azarkeşlər bu AVRO-nu, dəqiq, unutmayacaqlar, elə Bakı da onların xatirəsində parlaq mənzərə kimi qalacaq.

Ancaq hər kəsdən çox Bakını danimarkalılar yadda saxlayacaqlar. Tarixi dörddəbir final üçün Kopenhagendən birdən-birə beş çarter təyyarəsi gəldi, şəhərdə Bakıya əsl Avropa çempionatının necə bir hiss olduğunu yaşamağa rəvac verən minə yaxın "al qvardiya" azarkeşi toplandı. Tribunaların dəstəyi Kasper Yulmannın komandasına da kömək oldu: Danimarka millisi qalib gəlməklə Bakıda onsuz da qızmar olan iyuıl gününü daha da alovlu etdi.