06:57 31 İyul 2021
Bakıda küçədə futbol üzrə Avropa çempionatı AVRO-2020-nin simvolu ilə installyasiya

UEFA Azərbaycana AVRO-2020 oyunlarının təşkilinə görə təşəkkür edib

© REUTERS / VALENTYN OGIRENKO
Avro 2020
Qısa URL
12 0 0

Qurumun tədbirlərin təşkili departamentinin baş direktoru Martin Kallen bildirib ki, AVRO-2020 oyunlarının Bakıda keçirilməsi təşkilatçıların heyrətamiz uğurudur.

 

BAKI, 6 iyul — Sputnik. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçirilmiş 4 oyunu ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) təşəkkürünü bildirib. Sputnik Azərbaycan AFFA-ya istinadən bildirir ki, bu məqsədlə UEFA tərəfindən AFFA-ya təşəkkür məktubu ünvanlanıb.

Məktubda koronavirus pandemiyası üzündən cari ilə keçirilmiş 2020-ci il Avropa çempionatının Bakıdakı oyunlarının yüksək səviyyədə təşkil olunduğu qeyd olunub.

Qurumun tədbirlərin təşkili departamentinin baş direktoru Martin Kallenin adından göndərilmiş məktubda AVRO-2020 oyunlarının Bakıda keçirilməsinin təşkilatçıların heyrətamiz uğuru olduğu bildirilir.

"Bakıda keçirilən 4 oyunun yüksək səviyyədə təşkilinə görə sizi təbrik edirik. Bu, inanılmaz bir uğurdur! Ötən bir neçə həftə bu işə cəlb olunan hər kəs üçün çox gərgin keçdi. AVRO-2020 layihəsinə sərf etdiyiniz əməyə görə hər birinizə təşəkkür edirəm. Əzmkar və motivasiyalı insanların bir komanda şəklində birlikdə çalışdığı, ortaq məqsəd və ambisiyalara sahib olduğu halda nələrin əldə oluna biləcəyini nümayiş etdirdiniz", - deyə məktubda qeyd olunub.

Qeyd edək ki, UEFA təmsilçisi özü Bakıda keçirilmiş oyunlardan yalnız birində iştirak edib.

"İşçi heyətindəki atmosferdən, yüksək peşəkarlıq standartlarından çox təsirləndiyimi deyə bilərəm. COVID-19-un son bir neçə ayda yaratdığı qeyri-müəyyənlik fonunda belə, AVRO-2020 oyunlarını həvəslə təşkil etmək əzminiz bariz şəkildə görünürdü. Bunu həmişə - bu gün və bu yaydakı yarışdan hələ çox sonra da xatırlaya və bununla fəxr edə bilərsiniz. Bu müddət ərzində birlikdə çalışdıqdan sonra siz UEFA-nın geniş Avropa ailəsinin ayrılmaz bir hissəsinə çevrildiniz. Ümid edirəm ki, bu layihədə çalışdığınız müddətdə zövq aldınız. Həm UEFA, həm də öz adımdan bütün gələcək işlərinizdə sizə xoş arzularımı çatdırıram", - deyə Kallen məktubda vurğulayıb.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyun keçirilib. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları baş tutub. İyulun 3-də Danimarka millisi AVRO-2020 dörddəbir final oyununda Çexiya yığmasına 2:1 hesabı ilə qalib gəlib.

Futbol üzrə Avropa çempionatının Bakıda keçirilən dörd oyununa ümumilikdə təqribən 61,2 min azarkeş tamaşa edib. Ən çox tamaşaçı olan oyun qrup mərhələsinin ikinci turunda Türkiyə və Uels yığmaları arasında qarşılaşma olub – 19,7 min nəfər. Ən az tamaşaçı isə ilk turda, Uels-isveçrə qarşılaşmasında qeydə alınıb – 8,7 min tamaşaçı. Türkiyə-İsveçrə oyununu 17,1 nəfər azarkeş ziyarət edib, Danimarka və Çexiya milliləri arasında dörddəbir final oyununa isə stadionda 16,3 min nəfər tamaşa edib.