23:10 04 Avqust 2021
Полузащитник сборной Италии Федерико Кьеза радуется голу в ворота сборной Испании в полуфинале ЕВРО-2020.

AVRO-2020-nin ilk finalçısı bəlli oldu

© REUTERS / MATT DUNHAM
Avro 2020
Qısa URL
36 0 0

Əlavə yarım saatda komandalar daha çox ehtiyatlı oyuna üstünlük verdiklərindən, qələbə topunu vurmaq mümkün olmayıb. Nəticədə finalçını müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub.

BAKI, 7 iyul - Sputnik. AVRO-2020-də yarımfinal mərhələsinə start verilib. Sputnik Azərbaycan xəbər verir ki, bu gün bir oyun keçirilib. AVRO-2012-nin finalçıları arasında qarşılaşma İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda baş tutub.

İlk finalçı İtaliya və İspaniya millilərinin görüşündə bəlli olub.

Qarşılıqlı hücumlarla keçən birinci hissədə qapılara qol vurulmayıb. İlk yarıda ispanlar daha fəal oyun nümayiş etdiriblər. Lakin hesabı italyanlar açıblar. Bir saatın tamamında ani əks-hücum zamanı Federiko Kyeza əlinə düşən fürsəti qaçırmayıb. Ancaq sona 10 dəqiqə qalmış qapıçı ilə təkbətək dueldən qalib ayrılan Alvaro Morata status-kvonu bərpa edib. Qalan dəqiqələrdə bərabərlik dəyişmədiyindən, əlavə yarım saatlıq mübarizəyə ehtiyac duyulub.

Bu, ispanların turnirdə 120 dəqiqə çıxış etdikləri ardıcıl 3-cü oyun olub. Əlavə yarım saatda isə komandalar daha çox ehtiyatlı oyuna üstünlük verdiklərindən, qələbə topunu vurmaq mümkün olmayıb. Nəticədə finalçını müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 1/4 finalda məhz penaltilər seriyası ilə İsveçrəni üstələyən Luis Enrikenin kollektivi bu dəfə məğlubiyyətə üzülüb. İtaliya isə penaltilər seriyasında 4:2 hesabı ilə İspaniya yığmasını məğlub edib.  

Beləliklə, İtaliya 9 ildən sonra ilk, ümumilikdə isə 4-cü dəfə Avropa çempionatının finalında iştirak hüququna yiyələnib. Skuadra Adzurra həlledici qarşılaşmaya iyulun 11-də çıxacaq. Rəqib isə yarımfinalın digər cütlüyü İngiltərə - Danimarka (7 iyul) görüşünün qalibi olacaq.