Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avropa futbolunda qalmaqal

© AP Photo / Michael SohnЮнас Эрикссон, фото из архива
Юнас Эрикссон, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.07.2021
Abunə olmaq
FİFA-nın İsveçdən olan keçmiş hakimi Yunas Eriksson hesab edir ki, UEFA turnirin həlledici oyunlarına hakimləri heç də idman prinsipləri əsasında təyin etmir.

BAKI, 7 iyul — Sputnik. İngiltərə və Danimarka milli komandaları arasında AVRO-2020 ikinci yarımfinal oyunu ərəfəsində Avropa futbolunda iri qalmaqal baş verib. Sputnik Azərbaycan xəbər verir ki, FİFA-nın İsveçdən olan keçmiş hakimi Yunas Eriksson Avropa futbol assosiasiyaları ittifaqını (UEFA) korrupsiyada ittiham edib.

"Milyonçu" ləqəbli keçmiş hakim öz Instagram səhifəsində turnirin həlledici oyunlarına hakimlərin ədalətsiz təyin olunduğunu yazıb.

"Tez-tez turnirin son oyunlarına hakimlərin necə seçildiyini soruşurlar. Bu, kirli, siyasət dolu, yalan dünyadır və burada kiminlə isə dostluq, korrupsiya, kiməsə sədaqət və milliyyət heç də ən sonuncu məfhumlar deyil. Etimadı heç də həmişə ən yaxşı nəticələr göstərənlər qazanmırlar", - deyə Eriksson yazıb.

O qeyd edib ki, futbol üzrə hazırkı Avropa birinciliyinin ən yaxşı hakimi artıq turniri tərk edib.

"Bu dəfə turnirdə bircə dənə də səhv etməmiş hakim artıq evlərinə göndərilib. Bu barədə qərar UEFA-nın ali rəhbərliyi tərəfindən qəbul olunub və bu qərar Avropa çempionatındakı çıxışlarla qətiyyən bağlı deyil. Digər hakimlərin, özləri də bunu bilmədən, yaxşı əlaqələri var, onlar ən yaxşı siyasi dəstəyə malikdirlər, yaxud vacib ölkələrdən gəliblər və onlar oyunlara hakimlik etməkdə davam edirlər", - deyə Eriksson əlavə edib.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyun keçirilib. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları baş tutub. İyulun 3-də Danimarka millisi AVRO-2020 dörddəbir final oyununda Çexiya yığmasına 2:1 hesabı ilə qalib gəlib.

Futbol üzrə Avropa çempionatının Bakıda keçirilən dörd oyununa ümumilikdə təqribən 61,2 min azarkeş tamaşa edib. Ən çox tamaşaçı olan oyun qrup mərhələsinin ikinci turunda Türkiyə və Uels yığmaları arasında qarşılaşma olub – 19,7 min nəfər. Ən az tamaşaçı isə ilk turda, Uels-isveçrə qarşılaşmasında qeydə alınıb – 8,7 min tamaşaçı. Türkiyə-İsveçrə oyununu 17,1 nıəfər azarkeş ziyarət edib, Danimarka və Çexiya milliləri arasında dörddəbir final oyununa isə stadionda 16,3 min nəfər tamaşa edib.

Eləcə də oxuyun: 

Xəbər lenti
0