22:58 04 Avqust 2021
İngiltərə millisinin hücumçusu Harri Keyn

Keyn AVRO-2020-nin İngiltərə-Danimarka yarımfinal matçının ən yaxşı oyunçusu seçildi

Alex Morton - Powered by Getty Images/UEFA
Avro 2020
Qısa URL
1310

İngiltərə millisinin kapitanı və Avropa çempionatının yarımfinalında qələbə qolunun müəllifi "Matçın ulduzu" adını aldı.

Futbol üzrə İngiltərə millisinin hücumçusu Harri Keyn Avropa çempionatının Danimarkaya qarşı yarımfinal matçının ən yaxşı oyunçusu seçilib.

Bu barədə məlumat UEFA-nın saytında yerləşdirilib.

Londonun "Uembli" stadionunda keçirilən görüş əlavə vaxtda 2:1 hesabı ilə ingilislərin xeyrinə bitib.  Keyn oyunun həlledici qolunu 104-cü dəqiqədə vurub.

İyulun 11-də AVRO-2020-nin finalında İngiltərə İtaliya ilə üz-üzə gələcək.