22:32 04 Avqust 2021
 İtaliya yığması

AVRO-2020-nin qalibi bəlli oldu

© AFP 2021 / ANDY RAIN
Avro 2020
Qısa URL
77 0 0

Londondakı "Uembli" stadionunda İngiltərə və İtaliya yığmaları arasında AVRO-2020-nin final qarşılaşması baş tutub.

BAKI, 12 iyul - Sputnik. AVRO-2020-nin final görüşü İngiltərə və İtaliya yığmaları arasında Londondakı "Uembli" stadionunda keçirilib.

Oyunda ilk qol 2-ci dəqiqədə vurulub. İngiltərə millisində Lük Şou əks-hücumda fərqlənərək final qarşılaşmasının ilk qolunun müəllifi olub. 

Görüşün 67-ci dəqiqəsində isə final matçının növbəti qolu vurulub. İtaliya millisinin futbolçusu Leonardo Bonuççi hesabı bərabərləşdirib - 1:1.

90 dəqiqə ərzində qalib müəyyənləşməyib. Komandalar nəticə üçün əlavə vaxtda oynamalı olublar. Lakin əlavə vaxtda da hesab dəyişməyib. 

Penalti seriyasında italyanlar daha dəqiq olub - 3-2. Beləcə İtaliya yılması AVRO-2020 kubokunun sahibi olub. 

Qolların müəllifləri İtaliya yığmasında Domeniko Berardi, Leonardo Bonuççi, Federiko Bernardeski, İngiltərə yığmasında isə Harri Keyn və Harfri Maguire olub.

Görüşü niderlandlı referi Byorn Kuypers idarə edib.

Beləliklə bu, 1968-ci ildə də qızıl medala yiyələnən İtaliya yığmasının ikinci qitə çempionluğudur. Bundan əlavə "Skuadra adzurra" iki dəfə - 2000 və 2012-ci illərdə finalda məğlub olub.

Finalda qol vura bilməyən Harri Keyn bombardirlər yarışında liderlərə çatmayıb. Portuqaliyalı Kriştiano Ronaldo və çexiyalı Patrik Şik hərəyə 5 topla AVRO-2020-nin ən məhsuldar oyunçuları olub.

Qeyd edək ki, növbəti Avropa çempionatı 2024-cü ildə Almaniyada keçiriləcək.