Donnarumma AVRO-2020-nin ən yaxşı futbolçusu elan edilib

© AFP 2023 / PAUL ELLISВратарь сборной Италии Джанлуиджи Доннарумма
Вратарь сборной Италии Джанлуиджи Доннарумма - Sputnik Azərbaycan, 1920, 12.07.2021
Abunə olmaq
İtaliya milli komandasının qapıçısı Canluici Donnarumma AVRO-2020-nin ən yaxşı futbolçusu elan olunub.

BAKI, 12 iyul — Sputnik. İtaliya yığma komandası İngiltərə millisinə penalti seriyasında qalib gələrək Avropa çempionatının qalibi olub.

Londonun "Uembli" stadionunda keçiriən final oyununun əsas və əlavə vaxtı 1:1 hesabı ilə heç-heçə başa çatıb. Penalti seriyasında italyanlar daha dəqiq olub - 3-2.

Final oyununun penalti seriyasında Donnarumma iki zərbəni dəf edib. Beləliklə, qapıçı və İtaliya millisi iki dəfə ard-arda penalti seriyasında qalib olublar ki, bu da Avropa çempionatları tarixində ilk dəfədir.

Ən yaxşı oyunçu üçün mükafat qapıçıya çempionatın yekun mükafatlandırma mərasimindən əvvəl təqdim olunub.

Xəbər lenti
0