Yeni orden və medallarımız necə olacaq?

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisdə "Vətən Müharibəsində qələbə münasibətilə" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliyə baxılıb.

 

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanda Vətən Müharibəsi ilə əlaqədar yeni orden və medallar təsis edilir.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Vətən Müharibəsində qələbə münasibətilə" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliyə baxılıb.

Dəyişikliyə görə, qanuna "Zəfər" ordeni, "Qarabağ" ordeni əlavə edilir.

1.2. 2-ci maddəyə "Qızıl Ulduz" medalı;" hissəsindən əvvəl "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsi və "İgidliyə görə" medalı hissəsindən sonra aşağıdakı yeni hissələr əlavə edilir:

"Cəsur döyüşçü" medalı;

"Döyüşdə fərqlənməyə görə" medalı;

"Suqovuşanın azad olunmasına görə" medalı;

"Cəbrayılın azad olunmasına görə" medalı;

"Xocavəndin azad olunmasına görə" medalı;

"Füzulinin azad olunmasına görə" medalı;

"Zəngilanın azad olunmasına görə" medalı;

"Qubadlının azad olunmasına görə" medalı;

"Şuşanın azad olunmasına görə" medalı;

"Kəlbəcərin azad olunmasına görə" medalı;

"Ağdamın azad olunmasına görə" medalı;

"Laçının azad olunmasına görə" medalı;

"Vətən Müharibəsi iştirakçısı" medalı;

"Vətən Müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı;".

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti
0