Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İngiltərə futboluna ağır zərbə - “Mançester Siti” Avropadan qovuldu

© AFP 2023 / MARWAN NAAMANIMançester Siti klubunun azarkeşləri, arxiv şəkli
Mançester Siti klubunun azarkeşləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Premyer Liqa təmsilçisi iki il ərzində Avropa yarışlarında iştirakdan məhrum edilib və 30 milyon avro məbləğində cərimələnib.

BAKI, 14 fevral — Sputnik. "Mançester Siti" iki il müddətinə Çempionlar Liqasından kənarlaşdırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, UEFA "şəhərlilər"lə bağlı maliyyə fırıldaqçılığını təsdiqləyib.

Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Premyer Liqa təmsilçisi iki il ərzində Avropa yarışlarında iştirakdan məhrum edilib və 30 milyon avro məbləğində cərimələnib.

Beləliklə, "Mançester Siti" 2020-21 və 2021-22 mövsümlərində Çempionlar Liqası və Avropa Liqasında oynamayacaq.

Qeyd edək ki, "Mançester Siti"nin 2012-2016-ci illər aralığında maliyyə feyr-pley prinsiplərini pozduğu bildirilir.

Xəbər lenti
0